“ExpressPay” göstərdiyi xidmətlərin sayını artırır

“ExpressPay” göstərdiyi xidmətlərin sayını artırır
# 08 dekabr 2014 09:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “ExpressPay” ödəniş terminallarına “Nikoil Bank”ın kredit ödəmələri əlavə olunub.

“Expressbank”dan verilən məlumata görə, artıq müştərilər “Nikoil Bank”a olan mövcud kreditlərini terminallarda ödəyə bilərlər.

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “EmbaFinans” (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, “Bakcell” və “NarMobile” mobil operatoru, AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, “Azərsu”, “Ailə TV” və “Ailə Net”, “KATV1” və “SNTV” (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və internet provayderi, “Data plus” və “Qlobal Networks” internet provayderləri üzrə ödənişləri, BTRİB, “AzEuroTel”, “Bakinternet”, “AzDataKom”, “Aztelekom” və “AztelekomNet” (Bakı, Abşeron və Sumqayıt), həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, internet provayderlər və s. nəzərdə tutulur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 110-dək “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR