Azərbaycanın müdafiə naziri Moskvada bir sıra görüşlər keçirib

Azərbaycanın müdafiə naziri Moskvada bir sıra görüşlər keçirib
# 11 noyabr 2014 10:00 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

Bu barədə APA Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR