Paşha Bank
Bank Of Baku

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Hikmət Hacıyev

© APA | Hikmət Hacıyev

# 08 noyabr 2026 00:10 (UTC +04:00)

“Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik liderliyi ilə və şəhidlərimiz qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşımda qeyd edib.

O, bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmağın misilsiz bir duyğu olduğunu vurğulayıb.

“Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!”, - H. Hacıyev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR