Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn il dünya bazarında neftin bir barelinin qiyməti 70 dollar təşkil edəcək. Ancaq 2016-cı ildə artıq neftin qiyməti müntəzəm olaraq artmağa başlayacaq.
“APA-Economics”in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın “Eni” neft-qaz şirkətinin rəhbəri Klaudio Deskaltsi bildirib.
“Biz ehtimal edirik ki, 2015-ci ildə neftin bir barelinin qiyməti 65-70 dollar təşkil edəcək. Bu qiymət bundan da aşağı düşə bilər, amma sonradan hazırda müşahidə olunan səviyyəyə qayıdacaq. Qiymətdəki düşmə gələn ilin sonuna qədər davam edəcək və 2016-cı ildən qiymətin müntəzəm olaraq artmağa başlayacaq”, - deyə şirkət rəhbəri bildirib.
K. Deskaltsi bildirib ki, neftin bir barelinin 1 dollar ucuzlaşması şirkətə il ərzində 90-100 mln. avro ziyan vurur.