Ukrayna Hərbi-Dəniz Qüvvələri Qara dənizdə təlim keçirir

Ukrayna Hərbi-Dəniz Qüvvələri Qara dənizdə təlim keçirir
# 29 avqust 2015 22:04 (UTC +04:00)

Bakı-APA. Ukrayna Hərbi-Dəniz Qüvvələri Qara dəniz akvatoriyası və Odessa vilayətində əməliyyat-taktiki təlim keçirir.

APA-nın məlumatına görə, bu barədə Ukrayna müdafiə nazirliyinin rəsmi saytında bildirilir.

Təlim Ukrayna Hərbi-Dəniz Qüvvələri komandanı, vitse-admiral Sergey Qaydukun əmrinə müvafiq olaraq keçirilir.

Məlumata əsasən, təlimlərdə 10-dək gəmi və zirehli kater, 10 təyyarə və helikopter, Dəniz Piyadaları və Sahil Mühafizəsi donanmasının bölmələri, həmçinin, Silahlı Qüvvələrin 1000 nəfərdən ibarət şəxsi heyəti iştirak edir. Təlim çərçivəsində dəniz hədəflərinin məhv edilməsi və desant çıxarma əməliyyatları yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR