Azərbaycan fond bazarında brokerlərin may ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin may ayı üçün renkinqi
# 06 iyun 2016 15:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin may ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Paşa Kapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 76 mln. 286 min 469,69 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 64 mln. 652,849 min manat olan broker xidmətləri göstərmiş "AzFinance İnvestisiya Şirkəti" QSC tutub. Renkinqdə üçüncü yerdə 7 mln. 776,371 min manatla, "Kapital Menecment İnvestisiya Şirkəti" ASC, 5 mln. 308 min 756,49 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 5-ci yerdə 15 min 346,64 manatla "İNVEST-AZ İ.Ş." QSC qərarlaşıb.

Brokerlərin may ayı üçün renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

3

“Paşa Kapital İnvestisiya Şirkəti” QSC

76,286,469.69

2

4

"AzFinance İnvestisiya Şirkəti" QSC

64,652,849.39

3

2

"Kapital Menecment İnvestisiya Şirkəti" ASC

7,776,370.95

4

1

"Unicapital İnvestisiya Şirkəti" ASC

5,308,756.49

5

"İNVEST-AZ İ.Ş." QSC

15,346.64

Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR