Ombudsmanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” keçiriləcək

Ombudsmanın təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” keçiriləcək
# 05 oktyabr 2015 13:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək ölkədə “Uşaq hüquqları aylığı” keçiriləcək. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Süleymanova “Uşaq hüquqları aylığı” keçirilməsi ilə bağlı dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə, Milli QHT Forumuna məktubla müraciət edib.

Hər il keçirilən aylıq çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir.

Aylıq çərçivəsində müvafiq qurumlar tərəfindən keçirilmiş və aylığın sonuna qədər gerçəkləşdiriləcək maarifləndirmə tədbirləri haqqında məlumatları Ombudsmana təqdim ediləcək və bununla bağlı ictimaiyyət məlumatlandırılacaq.

Qeyd edək ki, Azərbaycan tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 26 ili tamam olur və 20 noyabr tarixi bütün dünyada “Ümumdünya Uşaqlar günü” kimi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR