Ucarda mağazalardan oğurluq edilib

Ucarda mağazalardan oğurluq edilib
# 09 iyun 2016 11:55 (UTC +04:00)

Ucar. Zahid Abışov-APA. Ucarda ötən gecə 2 oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, birinci hadisə gecə saatlarında səhərin Oğuz küçəsində baş verib. Mirisa Əhmədova məxsus marketin qapısını sındıraraq içəri daxil olan oğrular 2000 manat dəyərində məişət və digər mallar aparıblar. İkinci oğurluq hadisəsi də gecə saatlarında səhərin Heydər Əliyev prospektində məcburi köçkün Arzu Ağayevə məxsus marketdə baş verib.

Eyni qayda ilə marketə daxil olan şəxslər 350 manat dəyərində qarışıq mallar aparıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR