Çexiya prezidenti “erməni soyqırımı” məsələsinin müzakirəyə çıxarılmasını təklif edib

Çexiya prezidenti “erməni soyqırımı” məsələsinin müzakirəyə çıxarılmasını təklif edib
# 23 iyun 2016 15:06 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Çexiya prezidenti Miloş Zeman ölkə parlamentinin Deputatlar palatasının sədri Yan Hamaçeki qəbul edib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Çexiya prezidentinin mətbuat katibi Jiri Ovçaçek bildirib.

Görüş zamanı Zeman Hamaçekə “erməni soyqırımı” ilə bağlı qətnaməni müzakirəyə çıxarmağı məsləhət görüb.

Qeyd edək ki, M. Zeman iyunun 7-də Ermənistanda səfərdə olub. Səfərdən sonra o, “erməni soyqırımı”nın tanınması məsələsində Çexiyanın Almaniyadan nümunə götürməli olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR