“AvtoKrAZ” sifariş əsasında istehsal olunan yük maşınlarının daha bir partiyasını Azərbaycana göndərib - FOTO

“AvtoKrAZ” sifariş əsasında istehsal olunan yük maşınlarının daha bir partiyasını Azərbaycana göndərib - <span style="color: red;">FOTO
# 27 aprel 2013 10:26 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Ukraynanın “AvtoKrAZ” avtomobil şirkəti “Azneftmaş” ASC sifarişi əsasında istehsal etdiyi yük maşınların növbəti partiyasını Azərbaycana göndərib. APA-nın şirkətin saytına istinadən verdiyi məlumata görə, Azərbaycana 4 oxlu KrAZ 7140H6 markalı avtomobillər göndərilib. 8x6 təkər formuluna malik avtomobillərin yük qaldırma qabiliyyəti 30 tondur. Maşınlar əsasən UP-80/UP-100 “Ruslan” qaldırma qurğuların montajında istifadə olunacaq.

Hazırda “AvtoKrAZ” sifariş əsasında daha 3 maşın istehsal edir və onları may ayında Azərbaycana təhvil vermək niyyətindədir. Ümumilikdə isə şirkət keçən il Azərbaycana 30 avtomobil ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR