Ştefan Füle: “Gömrük İttifaqına daxil olmaq ölkənin öz ticarət siyasətində suverenliyini itirməsi deməkdir”

Ştefan Füle: “Gömrük İttifaqına daxil olmaq ölkənin öz ticarət siyasətində suverenliyini itirməsi deməkdir”
# 03 may 2013 13:24 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Avropa Birliyi Azərbaycanın AB və Gömrük İttifaqı ilə əməkdaşlığında heç bir ziddiyyət görmür. APA-nın məlumatına görə, bu bəyanatla Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle çıxış dib. Azərbaycan Diplomatik Akademiyası tələbələrinin suallarını cavablandıran Füle bildirib ki, MDB ölkələrinin AB və Gömrük İttifaqı ilə əməkdaşlıq etməsi onların Moskva və Brüssellə münasibətlər arasında seçim etməsi demək deyil: “Biz Azərbaycanın Gömrük İttifaqı və Avropa Birliyi ilə əməkdaşlığını görmək istəyirik. Burada heç bir ziddiyyət yoxdur.

Lakin onun sözlərinə görə, Avropa Birliyinin Gömrük İttifaqına daxil olan ölkələrlə əməkdaşlığı müəyyən tənzimləyici çərçivələrin yaradılmasını tələb edə bilər: “Lakin bir məsələ var. Gömrük İttifaqına daxil olmaq ölkənin öz ticarət siyasətində suverenliyini itirməsi deməkdir. O zaman ölkə ticarət məsələləri ilə bağlı müstəqil şəkildə danışıqlar apara bilməyəcək”.

Ştefan Füle Avropa Birliyinin bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla assosiativ saziş barədə danışıqlar apardığını xatırladıb: “Bu məsələ mənim Moskvaya son səfərim zamanı da qaldırılıb. Gömrük İttifaqına daxil olan ölkələrlə bu barədə danışıqlar aparmaq üçün müəyyən element tapmaq vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR