XİN: Mövcud status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır

XİN: Mövcud status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır
# 01 aprel 2015 14:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Avropa İttifaqının nümayəndəsi tərəfindən mövcud status-kvonun qəbuledilməzliyi barəsində səsləndirilən mövqeni müsbət qarşılayırıq”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Avropa İttifaqının Bakı ofisinin rəhbəri Malena Mardın status-kvonun qəbuledilməzliyi barəsində fikrini şərh edərkən deyib.

Onun sözlərinə görə, mövcud status-kvonun əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərini işğalı təşkil edir: “Ona görə də qəbuledilməz olan mövcud status-kvonun dəyişdirilməsi üçün Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün nəticələrinin aradan qaldırılması və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. İşğal və təcavüz faktının, xüsusilə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR