Bank Of Baku

Gürcüstan parlamentində spikerlə prezident arasında mübahisə yaranıb

Gürcüstan parlamentində spikerlə prezident arasında mübahisə yaranıb
# 02 may 2018 15:00 (UTC +04:00)

Gürcüstan parlamentində prezident Giorgi Marqvelaşvilinin illik hesabatından sonra keçirilən debatlar yarımçıq qalıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, buna səbəb G. Marqvelaşvili ilə parlamentin sədri İrakli Kobaxidze arasında yaranmış mübahisə olub.

 

Prezident parlament spikerindən deputatların tənqidlərinə cavab vermək üçün ona şəraitin yaradılmasını xahiş edib. İ. Kobaxidze isə bildirib ki, prezidentə prosedur qaydalarına uyğun olaraq yekunda cavab vermək imkanı yaradılacaq.

 

G. Marqvelaşvili ona bu imkanın yaradılmamasına etiraz olaraq iclası tərk edib.

 

İ. Kobaxidze dövlət başçısının bu hərəkətini öncədən planlaşdırılmış addım adlandıraraq, bunu parlamentə hörmətsizlik kimi qiymətləndirib.

 

Hazırda G. Marqvelaşvili parlament binasındakı kabinetində onun debatlarda iştirakı ilə bağlı qərarın qəbul olunmasını gözləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR