Raket buraxılışını gözləyən ABŞ və Cənubi Koreya KXDR üzərində nəzarəti gücləndirib

Raket buraxılışını gözləyən ABŞ və Cənubi Koreya KXDR üzərində nəzarəti gücləndirib
# 10 aprel 2013 03:58 (UTC +04:00)

Bakı-APA. ABŞ və Cənubi Koreya KXDR üzərində nəzarəti gücləndirib. Onların ehtimal edir ki, Pxenyan ballistik raketin buraxılması üçün bütün hazırlıqları yekunlaşdırıb. APA-nın məlumatına görə, bu barədə “Renxap” agentliyi hərbi mənbələrə istinadən xəbər verir.

Aprelin 5-də KXDR-in XİN xarici səfirliklərinə şəxsi heyətlərini təxliyə etmək təklif edib və xəbərdar edib ki, aprelin 10-dan sonra onların təhlükəsizliyini təmin edə bilməyəcək.

Pxenyanın yaxın vaxtda 3 min kilometrədək məsafəni qət edə biləcək ballistik raketi buraxması gözlənilir. Bu addım Cənubi Koreyada ABŞ-la birgə təlimlərin keçirilməsinə cavab olaraq atılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR