“Bakcell” Bakıda yeni satış və xidmət məntəqəsi açıb - FOTO

“Bakcell” Bakıda yeni satış və xidmət məntəqəsi açıb - <span style="color: red;">FOTO
# 21 avqust 2014 16:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Bakının Şixəli Qurbanov küçəsi, 7A ünvanında yeni “Bakcellim” mağazası açıb.

APA-Economics”in məlumatına görə, Füzuli dairəsi (“Beşmərtəbə”) yaxınlığında yerləşən “Bakcell” satış və xidmət nöqtəsi “Cin”, “Klass” və “Gold” abunəçiləri üçün tam çeşiddə məhsul və xidmətlərlə yanaşı, ən son model telefonlar, planşetlər və aksesuarların satışını abunəçilərə təqdim edir.

“Məqsədimiz “Bakcell” abunəçilərinə ən yüksək səviyyədə xidmət göstərmək və bu xidmətləri təqdim edən mərkəzləri abunəçilərimiz üçün daha yaxın və əlçatan etməkdir. Bu məqsədlə biz ölkə üzrə satış və xidmət şəbəkəsini daim genişləndiririk”- deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Qeyd edək ki, 300- dən artıq pərakəndə satış nöqtəsi, o cümlədən paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidmətləri Mərkəzində “Bakcell” abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR