Altı milyon manat dəyərində müxtəlif növ narkotik vasitələr yandırılıb

 Altı milyon manat dəyərində müxtəlif növ narkotik vasitələr yandırılıb
# 16 dekabr 2014 15:55 (UTC +04:00)

APA-nın məlumatına görə Bünyad Sərdarov adına “Maşınqayırma Zavodu”nun inzibati ərazisində 177 məhkəmə hökmü ilə müsadirə olunmuş 505 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilib.

, məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 99 kq 558,9 qr həşiş qətranı, 166 kq 536,64 qr marixuana, 43 kq 106,28 qr heroin, 83 kq 566,703 qr tiryək, 110 kq 377,77 qr və 1662 ədəd çətənə bitkiləri, 2 kq 210,562 qr psixotrop maddələr təşkil edib.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 6 milyon manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR