Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna 41 xidməti avtomobil verilib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna 41 xidməti avtomobil verilib
# 21 iyul 2014 09:31 (UTC +04:00)

APA-nın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən verdiyi məlumata görə, cari ilin birinci yarısında Əlahiddə Ümumqoşun Ordusuna 15 ədəd “Mitsubishi-PAJERO”, 11 ədəd “Mitsubishi L-200”, 10 ədəd “UAZ”, 2 ədəd “Fiat” markalı xidməti avtomobil, 2 ədəd “Ford” markalı səyyar tibbi yardım və 1 ədəd rentgen flüoroqrafiya avtomobilləri verilib.

Bununla yanaşı, cari ilin ilk yarım ilində Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, hərbi hissə qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın və iki yaşayış binasının tikintisi, Kəngərli rayonundakı hərbi hissədə Təlim-Tədris Mərkəzinin və Naxçıvan şəhərində hərbi hissədə su anbarının, habelə “Naxçıvan” Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR