Kamran Əliyev: 825 prokurorluq işçisi BDU-nun hüquq fakültəsinin məzunudur

Kamran Əliyev: 825 prokurorluq işçisi BDU-nun hüquq fakültəsinin məzunudur
# 21 dekabr 2023 12:02 (UTC +04:00)

Əvvəllər Azərbaycanda hüquqşunas hazırlayan yeganə təhsil müəssisəsi Bakı Dövlət Universiteti idi. İndi isə bir neçə universitetdə, akademiyada hüquq fakültələri var.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 95 illiyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, hazırda prokurorluq orqanlarında 1244 prokurorluq işçisindən 825 nəfəri Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Bu da prokurorluq işçilərindən 66,3 faizini təşkil edir: "Mənim 3 müavinim də bu fakültənin məzunudur".

Qeyd olunub ki, rəhbər vəzifələrdə işləyən 266 işçidən 173-ü, yəni 65 faizi BDU-nun hüquq fakültəsində təhsil alıb.

Baş prokuror onu da deyib ki, 2002-2023-cü illər ərzində prokurorluq orqanlarına test üsulu ilə imtahanlar keçirilib, 25 müsabiqə üzrə müvəffəqiyyət qazanmış 700 nəfərin 56,3 faizi də BDU-nun hüquq fakültəsinin məzunu olub. Hazırda BDU-nun hüquq fakültəsnin 260 tələbəsi prokurorluqda ictimai köməkçi vəzifəsində fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR