Bayram Səfərov: “Mülki insanları «diversant» olmaqda ittiham etmək ermənilərin yeni sərsəm fikirlərindən biridir” - VİDEO

Bayram Səfərov: “Mülki insanları «diversant» olmaqda ittiham etmək ermənilərin yeni sərsəm fikirlərindən biridir” - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 12:49 (UTC +04:00)

B. Səfərov bildirib ki, vətəndaş öz ölkəsi daxilində hərəkət edib, heç bir dövlətin sərhədini pozmayıb: «Necə ola bilər ki, mən öz ölkəmin ərazisində sərhədi pozum? Biz hamımız istədiyimiz vaxt torpaqlarımıza, ata-baba yurdumuza gedəcəyik. Tək Kəlbəcərə deyil, digər işğal altındakı ərazilərə getmək bizim hüququmuz və istəyimizdir. Girov götürülmüş şəxslər də öz torpaqlarına gediblər. Onlar valideynlərinin qəbrini ziyarət ediblər. Biz nəinki öz ata baba torpaqlarımıza getməliyik, həm də gedib orada yaşamalıyıq».

İcma rəhbərinin sözlərinə görə, ermənilər mülki insanlara «diversant» adı qoymaqla onları ittiham eləməyə çalışırlar: “Bu onların yeni sərsəm fikirlərindən biridir».

B. Səfərov qeyd edib ki, dövlət başçısı da məsələni diqqətə götürüb.

O, girovların azad olunacağına əminliyini də vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR