ABŞ-da Məhəmməd peyğəmbərin karikaturaları nümayiş etdirilən sərgi qarşısında atəş açanların kimliyi bəlli olub

ABŞ-da Məhəmməd peyğəmbərin karikaturaları nümayiş etdirilən sərgi qarşısında atəş açanların kimliyi bəlli olub
# 04 may 2015 23:50 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Qarlend şəhərində (Texas ştatı) Məhəmməd peyğəmbərin karikaturaları nümayiş etdirilən sərgi qarşısında atəş açanların kimliyi bəlli olub.

APA-nın məlumatına görə, bu barədə “The Washinghton Post” qəzeti yazır.

Nəşrə görə, silahlı insident 34 yaşlı Nadir Sufi və 30 yaşlı Elton Simpson tərəfindən törədilib. Hazırda hüquq-mühafizə orqanları onların ekstremist qruplaşmalarla əlaqəli olub-olmadıqlarını yoxlayırlar.

Xatırladaq ki, ötən gün Texas ştatının Qarlend şəhərində Məhəmməd peyğəmbərin karikaturalarından ibarət təşkil olunmuş sərginin yaxınlığında atəş açılmışdı. İnsident nəticəsində atəş açan 2 nəfər polis tərəfindən güllələnmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR