Balakən. Vüqar Heydərov - APA. Balakən rayon sakininin evinin həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərilmiş narkotik tərkibli bitki aşkarlanıb.
Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərdilməsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.
Rayonun Xalatala kənd sakini, 1947-ci il təvəllüdlü, Əhməd Ömər oğlu Şəfiyevin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən yaşayış üçün istifadəyə edilməyən evin arxasından 25 metr aralı məsafədə, tərəvəz əkilən sahədə xiyar və lobya arxlarının arasında, xüsusi kultivasiya və aqrotexniki qaydada qulluq edilmiş, ümumi çəkisi 14 kq olan, hündürlüyü 50 sm-dən 2 m-ə qədər olan, narkotik tərkibli bitki hesab edilən 10 ədəd çətənə kolu aşkar edilərək maddi sübut kimi götürülüb. 67 yaşlı Əhməd Şəfiyevdən rayonu tərk etməmək barədə müvafiq izahat alındıqdan sonra sərbəst buraxılıb.
Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.
Balakən sakininin evinin həyətyanı sahəsində narkotik bitki aşkarlanıb
13 iyul 2014 11:22 (UTC +04:00)
Hadisə
Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib
11:42
6 may 2024
Yol polisi hava şəraiti ilə bağlı müraciət edib
11:34
6 may 2024
DİN: Ötən ay 6.5 milyon manatlıq 150 kq narkotik dövriyyədən çıxarılıb
11:29
6 may 2024
Şəmkirdə toyda qətl törətməyə cəhdə görə tutulan yeniyetmənin məhkəməsi başlayır
11:26
6 may 2024