"Rabitəbank" kreditlər üzrə komisyon haqları 1%-dək endirib

"Rabitəbank" kreditlər üzrə komisyon haqları 1%-dək endirib
# 13 iyul 2015 14:38 (UTC +04:00)

Bakı - APA-Economics. Müştəri məmnuniyyəti və rahatlığını daim üstün tutan "Rabitəbank" iyulun 9-dan etibarən nağd pul kreditlərinin rəsmiləşdirilməsi şərtlərində dəyişikliklərin tətbiqinə başlayıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan tarixdən etibarən "Rabitəbank"ın istənilən filialında nağd pul krediti üçün müraciət edən bütün müştərilər krediti 1% komissiya ilə əldə edə biləcəklər. Komissiya xərclərinin azaldılmasına baxmayaraq, "Rabitəbank" kredit faizlərini dəyişdirməyib.

İndi müştərilər kredit tarixçəsi, rəsmi gəlirlərindən və digər şərtlərdən asılı olaraq nağd pul kreditini illik 26-28% olmaqla əldə edə bilərlər. "Rabitəbank" vasitəsilə əməkhaqqı alan müştərilər üçün faiz dərəcəsi 19%-dən başlayır.

Müştərilər krediti şəxsiyyət vəsiqəsi təqdim etməklə və iş yerindən arayışı bankın filialını tərk etmədən elektron şəkildə əldə edərək rəsmiləşdirə bilərlər.

"Rabitəbank" ASC-nin təqdim etdiyi kredit məhsulları haqqında ətraflı məlumatla bu linkə daxil olmaqla tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR