Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edir

Mixail Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edir
# 20 iyul 2015 23:43 (UTC +04:00)

“Mixail Saakaşvili hazırda Gürcüstan vətəndaşlığından imtina prosesindədir”. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Odessa administrasiyasının mətbuat xidmətinin əməkdaşı Denis Samıqin bildirib.

Bundan əvvəl Saakaşvilinin müavini təyin olunmuş mərhum rusiyalı siyasətçi Yeqor Qaydarın qızı Mariya Qaydar Rusiya vətəndaşlığından imtina etmək niyyətində olduğunu və Ukrayna qanunlarına əməl edəcəyini bildirib.

Qeyd edək ki, Ukrayna konstitusiyasına əsasən bu ölkədə ikili vətəndaşlıq qadağandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR