“Qarabağ” Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşib

“Qarabağ” Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşib
# 04 iyun 2015 09:11 (UTC +04:00)

Bakı – APA. “Qarabağ”ın Çempionlar Liqasındakı sonuncu potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin 4-cü qalibi də Azərbaycan çempionu ilə qarşılaşa bilər.

Hələ müəyyənləşməyən Polşa çempionunun səpələnmişlər səbətində yer alacağı dəqiqləşib. Bunun nəticəsində də I təsnifat mərhələsinin ən yüksək reytinqli klubu TNS-in (Uels) yer alacağı cüt səpələnməmişlərdən olacaq.

Bu isə o deməkdi ki, “Qarabağ”ın potensial rəqibləri arasında 13 klub və 3 cütlük olacaq. Düzdü, səpələnməmişlər səbətində I təsnifat mərhələsinin 4 cütü yer alacaq. Lakin Ermənistan çempionunun olduğu cüt təmsilçimizlə düşə bilməz. Yəni Ağdam klubu ümumilikdə 20 komanda ilə düşə bilər. Bunların 7-si birinci, 13-ü ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

TNS (Uels), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra), “Pünik” (Ermənistan)

Səpələnməmişlər

“Linkoln” (Cəbəllürariq), B-36 (Farer adaları), “Kruzaders” (Şimali İrlandiya), “Folqor” (San-Marino)


II təsnifat mərhələsi

Səpələnmişlər

“Sryaua” (Rumıniya), BATE (Belarus), “Molde” (Norveç), HİK (Finladniya), “Malmö” (İsveç), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Ludoqorets” (Bolqarıstan), “Maribor” (Sloveniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Partizan” (Serbiya), “QARABAĞ” (AZƏRBAYCAN), “Videoton” (Macarıstan), APOEL (Kipr), “Midtulland” (Danimarka), “Skenderbeu” (Albaniya), Polşa çempionu

Səpələnməmişlər

“Ventspils” (Latviya), “Jalgiris” (Litva), “Astana” (Qazaxıstan), “Styarnan” (İslandiya), “Dandalk” (İrlandiya), “Hibernians” (Malta), “Dila” (Gürcüstan), “Vardar” (Makedoniya), “Fola” (Lüksemburq), “Milsami” (Moldova), “Trençin” (Slovakiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Rudar” (Monteneqro), I təsnifat mərhələsinin 4 qalibi

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq. Təmsilçimiz ilk oyununu iyulun 14-15-də, cavab matçını 21-22-də keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR