Venesuelada bu gün prezident seçkiləri keçiriləcək

Venesuelada bu gün prezident seçkiləri keçiriləcək
# 14 aprel 2013 03:25 (UTC +04:00)

Bakı-APA. Venesuelada bazar günü prezident seçkiləri start götürür. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, prezident postu uğrunda əsas mübarizə iki namizəd – müxalifət lideri Enrike Kapriles və prezidentin səlahiyyətlərini icra edən Nikolas Maduro arasında aparılacaq. Xatırladaq ki, Venesuelanın lideri Uqo Çaves Qavanaya növbəti onkoloji əməliyyata yola düşməmişdən əvvəl sonuncunu öz xələfi elan etmişdi.

Son ictimai sorğuların nəticələrinə əsasən, U.Çavesin siyasətini davam edəcəyini bəyan etmiş N.Maduro prezident olmağa ən şanslı namizəddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR