Qazaxda böyük ərazidə taxıl sahələri yanıb

Qazaxda böyük ərazidə taxıl sahələri yanıb
# 06 iyul 2015 23:39 (UTC +04:00)

Bakı-APA. Qazaxda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qazax rayonu Aslanbəyli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ərazidə 35 ha sahədə biçilməmiş taxıl sahəsi, kənd bələdiyyəsinə məxsus ərazidə 130 ha sahədə biçilmiş taxıl sahəsi və quru ot yanıb.

Yaxınlıqdakı tikililər və yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunmuşdur. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR