TQDK mayın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb

TQDK mayın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb
# 06 may 2015 15:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticələr mayın 6-da saat 15:00-dan etibarən elan edilib.

Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.


Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 49994 abituriyentdən 3181 nəfər imtahana gəlməyib. Qaydalara zidd hərəkətlərə yol verdikləri üçün 11 abituriyentin imtahan nəticələri ləğv edilib. Beləliklə, TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46802 abituriyentin imtahan nəticələri yerləşdirilib.

IV qrup üzrə 1 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR