Gədəbəydə iki piyada vurulub, onlardan biri ölüb

Gədəbəydə iki piyada vurulub, onlardan biri ölüb
# 10 iyul 2014 11:04 (UTC +04:00)

Gədəbəy. Azər Məmmədli - APA. Gədəbəydə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gədəbəy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Gədəbəy-Novosaratovka yolunun 3-cü kilometrliyində baş verib.

Rayonun Parakənd kənd sakini, 28 yaşlı Rüsət Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, Gədəbəy rayon Yenikənd kənd sakini 51 yaşlı Həmid Hüseynovu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Digər yol-nəqliyyat hadisəsi isə rayonun Xarxar kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən 12 yaşlı Elvin Həsənovu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Hər iki fakt üzrə Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR