Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 6 May
# 06 may 2015 17:10 (UTC +04:00)


GÜNÜN ŞƏRHİ

Dünyanın gələcək siyasi sistemi Yaxın Şərqdə cızılır. Tarixən böyük maraqların toqquşma nöqtəsi olan Yaxın Şərq yenə də öz “missiyasını” yerinə yetirir. Dünyanı təkqütblü sistemə sürükləyən ABŞ-ın Yaxın Şərqdəki həmlələrinə çoxqütblü dünya tərəfdarı olan Rusiya, Hindistan və Çin Cənub-Şərqi Asiya regionunda cavab verməyə çalışır. Bu üç böyük güc Latın Amerikası və Afrikanın böyüməkdə olan iqtisadiyyatları - Braziliya və Cənubi Afrika Respublikası ilə birləşərək ABŞ-a qarşı real cəbhə formalaşdırmağa çalışır. Lakin formalaşdıra biləcəklərmi? Bu, beş dövlət arasında hərbi əməkdaşlığı hansı nöqtəyə qədər genişləndirə biləcəyindən asılıdır. ABŞ-ın Hindistanla irimiqyaslı hərbi əməkdaşlığa can atması beş dövlət arasında hərbi əməkdaşlığa imkan verməmək məqsədi daşıyır. Yaxın zamanlarda ABŞ Braziliya, Çin, yaxud Cənubi Afrika Respublikasına hərbi sazişlər təklif etsə, buna təəccüblənmək olmaz. Burada ABŞ-ın maraqları üçün təhlükəli olan başqa bir məqam da var. BRİKS ölkələri hərbi əməkdaşlığı hərbi alyansa çevirə bilsələr, NATO-nun gücü balanslaşmış olacaq. Bu isə ABŞ və müttəfiqlərinin hərbi gücünün toplaşdığı və Vaşinqtonun hərbi hegemonluğunun əsas mərkəzi olan NATO-nun əhəmiyyətinin azalması demək olacaq. Eyni zamanda 5 böyük dövlətin hərbi alyans yaratması ABŞ-ın təkqütblü dünya planlarının üzərindən birdəfəlik xətt çəkəcək. Səudiyyə Ərəbistanının Çinlə enerji əməkdaşlığını genişləndirməsinə, ABŞ-ın Hindistanla 10 illik hərbi saziş imzalamaq cəhdinə bu tablo çərçivəsində baxmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR