Erməni şagirdlər Azərbaycana gələcəklər

Erməni şagirdlər Azərbaycana gələcəklər
# 07 may 2015 13:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Erməni şagirdlər bu il Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəklər.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, onların Azərbaycana səfəri 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsinin sədri Nərgiz Paşayevanın dəvəti əsasında baş tutacaq.

Erməni məktəblilərinin olimpiadalarda iştirakının vacibliyi nəzərə alınaraq, Ermənistanın Olimpiya komandası iyulun 20-29-da Bakıda keçiriləcək beynəlxalq kimya olimpiadasında iştirak etmək qərarına gəlib. Hazırda Ermənistan komandasının olimpiadada iştirakı ilə bağlı hazırlıq işləri gedir.

Ermənistan Olimpiya komandasını Ermənistanın elm və təhsil naziri Armen Aşotyan müşayiət edəcək. Azərbaycan Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə təminat verdikdən sonra Ermənistanın olimpiadada iştirakı ilə bağlı yekun qərar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR