Elmar Məmmədyarov: “Sudan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini tam dəstəkləyir”

Elmar Məmmədyarov: “Sudan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini tam dəstəkləyir”
# 18 mart 2015 11:20 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Sudan xarici işlər naziri Ali Ahmed Karti ilə keçirdiyi görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, görüşdə Azərbaycanla Sudan arasında əlaqələri daha necə gücləndirməyin mümkün olması barədə fikir mübadiləsi aparıblar: “Biz BMT, İslam Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlar çərçivəsində daha yaxşı və dəyərli əməkdaşlıq edirik, bir-birimizə dəstək veririk”.

E. Məmmədyarov görüşdə iqtisadi sahədə əlaqələri gücləndirmək yönündə fikir mübadiləsi apardıqlarını da deyib: “Sudan neft və qızılla zəngin ölkədir. Bu ölkə üç-dörd layihə təklif edib, hazırda müzakirə olunur.

Onlardan biri iki ölkə arasında ikiqat vergi tutulmasının aradan qaldırılması, digəri sərmayələrin təşviqi və formalaşdırılması barədə sənəddir. Hazırda bu sazişlər razılaşdırılma mərhələsindədir”.

Elmar Məmmədyarov Sudana səfərinin planlaşdırıldığını da qeyd edərək bildirib ki, bu, iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR