Bakıda qadını bıçaqlayan şəxs tutulub

Bakıda qadını bıçaqlayan şəxs tutulub
# 04 may 2015 08:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi törədən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, mayın 3-də saat 20:20 radələrində Binə qəsəbəsində Bakı şəhər sakini Nərgiz Babayevaya bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən, əvvəllər onunla qeyri-rəsmi yaşayan Sabirabad rayon sakini, 1975-ci il təvəllüdlü Lətif Yasəf oğlu Babayev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR