Hüquq müdafiəçiləri daxili işlər naziri və baş prokurorun birinci müavini ilə görüşüblər

Hüquq müdafiəçiləri daxili işlər naziri və baş prokurorun birinci müavini ilə görüşüblər
# 08 dekabr 2014 15:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvləri olan hüquq müdafiəçiləri daxili işlər naziri Ramil Usubov, baş prokurorun birinci müavini Rüstəm Usubov və Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanovla görüşüblər.

Bu barədə APA-ya hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. S. Bənənyarlı bildirib ki, bütün görüşlərdə jurnalist Xədicə İsmayıl, vəkil İntiqam Əliyev, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Leyla Yunus və digər təqsirləndirilən şəxslərlə bağlı müzakirələr aparılıb: “Ədliyyə Nazirliyində olarkən xüsusilə Leyla Yunusun saxlanma şəraiti və həkim müayinəsindən keçirilməsi məsələsini müzakirə etdik. Yəqin ki, yaxın vaxtlarda yaxınlarından bir nəfərin iştirakı ilə Leyla Yunus yenidən həkim müayinəsindən keçiriləcək. Görüşlər zamanı digər saxlanılan şəxslərlə bağlı da söhbətlərimiz oldu. Biz bu görüşlərin müsbət nəticələrinin olacağına ümid edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR