Azərbaycanın Almaniyadakı Səfirliyi jurnalist Rasim Əliyevin qətlinin siyasiləşdirilməsini pisləyib

Azərbaycanın Almaniyadakı Səfirliyi jurnalist Rasim Əliyevin qətlinin siyasiləşdirilməsini pisləyib
# 14 avqust 2015 15:04 (UTC +04:00)

Səfirlikdən APA-ya daxil olan bəyanatda Almaniyada bəzi dairələrin jurnalist Rasim Əliyevin jurnalist fəaliyyətinə dair düzgün olmayan məlumatlar yaymaqla qətl hadisəsini siyasiləşdirməyə yönəlmiş cəhdləri pislənilir: “Bir insanın faciəvi ölümünü kimlərinsə siyasi məqsədlər üçün reklam kampaniyası kimi sui-istifadə etməsi hər hansı mənəviyyata sığmır”.

Səfirlik bu hadisənin və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırıb. Bəyanatda bildirilir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının jurnalistin ölümü hadisəsi ilə bağlı gördüyü təcili əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən şəxslər istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir, Azərbaycan prezidenti İlham Əliyev istintaqın gedişatını nəzarətdə saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR