Nazir Kəmaləddin Heydərov Gəncədə vətəndaşları qəbul edib

Nazir Kəmaləddin Heydərov Gəncədə vətəndaşları qəbul edib
# 24 iyun 2016 11:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində vətəndaşların qəbulunu keçirib.

APA-nın qərb bürosunun məlumatına görə, qəbulda Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaş müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR