Roman Qriqorçuk: “Bu oyunda hər cəhətdən yaxşı dərs götürdük”

Roman Qriqorçuk: “Bu oyunda hər cəhətdən yaxşı dərs götürdük”
# 05 noyabr 2015 21:22 (UTC +04:00)

Bakı-APA. “Nəticədə günahkar kimdi? Böyük komandaya qarşı oynadıq. Rəqibimiz Avropa Liqasının finalında oynayacaq. Onları qələbə münasibətilə təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün Dortmund “Borussiya”sının qonağı olan “qırmızı-qaralar” meydanı 0:4 hesablı məğlubiyyətlə tərk ediblər.

Matçdan sonra keçirilən mətbuat konfransında Qriqorçuk məğlubiyyəti şərh edib: “Bu komandanın yeri Çempionlar Liqasıdı. “Borussiya” çox güclü komanda olduğunu bir daha göstərdi. Nə baş verdisə, bizim xeyrimizə oldu. Bununla, məğlub olduğumuz üçün sevindiyimi demək istəmirəm. Əlbəttə ki, nəticədən razı deyiləm. Sadəcə, bu oyunda hər cəhətdən yaxşı dərs götürdük. Öyrənməli olduğumuz çox şeylər var. Bizə nə gözlədiyini bilirdik. Amma yenə də nəsə edəcəyimizə ümidli idik. Qorxulu bir şey baş vermədi. Bu gün baş verməli olan şey oldu. Çünki rəqib komanda bizdən çox güclü idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR