Azərbaycan ərazisində avqustun ilk gününün hava proqnozu açıqlanıb - VİDEO

Azərbaycan ərazisində avqustun ilk gününün hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 31 iyul 2014 10:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Avqustun 1-də Bakı və Abşeron yarımadasında gün ərzində hava şəraitinin yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, həftənin sonunadək Abşeron yarımadasında isti diskomfort hava şəraiti davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR