“Səyyar ASAN Xidmət” şimal-qərb bölgəsində vətəndaşlara xidmət göstərməyə başlayıb - VİDEO

“Səyyar ASAN Xidmət” şimal-qərb bölgəsində vətəndaşlara xidmət göstərməyə başlayıb - <span style="color: red;">VİDEO
# 12 iyul 2014 13:27 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. “Səyyar ASAN Xidmət” ölkənin şimal-qərb bölgəsində sakinlərə xidmət göstərməyə başlayıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölkə prezidentinin tapşırığına əsasən “ASAN Xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Belə tədbirlərdən biri də müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar vasitəsilə səyyar formada regionlarda əhaliyə xidmət göstərilməsidir.

“ASAN Xidmət”in səyyar avtobusları bu dəfə Balakən, Zaqatala və Qax rayonlarının sakinlərinə xidmət göstərməyə başlayıb. Aəyyar avtobuslar on beş gün ərzində, yəni iyulun 10-dan 25-dək Balakən, Zaqatala və Qax rayonlarının 330 minə yaxın sakininə səyyar xidmətlər göstərəcək. Zaqatala şəhərinin mərkəzi meydanlarından birində fəaliyyətə başlayan “ASAN Xidmət”in səyyar avtobusları və əməkdaşlar üçün geniş ərazi ayrılıb, əhalinin xidmətlərdən səmərəli istifadəsi məqsədilə lazımi imkanlar yaradılıb. Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu ilin dekabr ayına qədər “Səyyar ASAN Xidmət” vasitəsilə ölkə üzrə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR