Etilen-polietilen zavodunun mütləqləşdirilmiş izopropil spirti sahəsi əsaslı təmirdən sonra istismara buraxılıb

Etilen-polietilen zavodunun mütləqləşdirilmiş izopropil spirti sahəsi əsaslı təmirdən sonra istismara buraxılıb
# 16 iyul 2014 15:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun mütləqləşdirilmiş izopropil spirti sahəsi əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara buraxılıb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, ilin əvvəlindən fəaliyyəti dayandırılmış sahədə 3 ədəd kalon istisna olmaqla, bütün qurğu və avadanlıqlar yenidən qurularaq yeni operator binası tikilib.

Sahənin hazır məhsulun saxlanılması və yüklənməsi şöbəsində 600 kubmetr həcmlik tutumların bütün əlaqə xətləri yeniləri ilə əvəz olunub, yeni nasos stansiyası inşa edilib, doldurma və boşaltma estakadası quraşdırılıb.

İstehsal prosesinə heç bir xələl gətirmədən aparılan yenidənqurma işləri texniki təhlükəsizlik qaydalarına tam riayət edilərək həyata keçirilib. Hazırda qurğularda izolyasiya və rəngləmə işləri aparılır, sahənin daxili ərazisində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.

Görülmüş işlər kimyaçıların əmək şəraitinin yaxşılaşması ilə yanaşı, 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması sayəsində xeyli miqdarda enerjidaşıyıcılarına qənaət olunmasına zəmin yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR