Azərbaycanda əsas kapitala sərmayələr 36% artıb

Azərbaycanda əsas kapitala sərmayələr 36% artıb
# 15 aprel 2013 13:13 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 2,9 mlrd. manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,1% çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, vəsaitin 68,2%-i daxili mənbələr hesabına təmin edilib: «Sərf edilmiş sərmayələrin 56,4%-i məhsul istehsalı, 43,6%-i xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 64,7%-ni təşkil edib».

Qeyd edək ki, 2013-cü ilin I rübü ərzində Bakı şəhərində «Gəmi Təmiri və Gəmiqayırma» İstehsalat Birliyi, Qəbələ rayonunda Üzüm Emalı Zavodu, Heyvandarlıq-Südçülük Kompleksi, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 370,7 min kv. metr olan yeni yaşayış evləri, növbədə 130 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 2 378 şagird yerlik ümumtəhsil məktəbləri, 317 yerlik məktəbəqədər təhsil müəssisələri, 584 yerlik klub və digər obyektlər istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR