Nepalda ikinci zəlzələ nəticəsində ölənlərin sayı 117 nəfərə çatıb

Nepalda ikinci zəlzələ nəticəsində ölənlərin sayı 117 nəfərə çatıb
# 15 may 2015 12:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Mayın 12-də Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 117 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Mərkəzinin “Twitter” səhifəsində bildirilir.

Ölkədə baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 8316, yaralananların sayı isə 76638 olub.

Qeyd edək ki, təkrar zəlzələ mayın 12-də 7,3 bal gücündə baş verib. Zəlzələnin episentri Katmandudan 83 km şərqdə yerləşib. Aprelin 25-də baş vermiş zəlzələnin gücü isə 7.9 bal olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR