Ucarda kişi həyat yoldaşını atası evində bıçaqlayıb

 Ucarda kişi həyat yoldaşını atası evində bıçaqlayıb
# 17 iyul 2014 10:52 (UTC +04:00)

Ucar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Qaradağlı kəndində qeydə alınıb.

Hacıqabul rayon sakini, Qalib Abdin oğlu Heydərov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Rafiq qızı Heydərovanı bıçaqlayıb.

E. Heydərova ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Polisdən Q. Heydərovun E. Heydərovanı qayınatasının evində bıçaqladığı bildirilib.

Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR