Naxçıvanda neolit və eneolit dövrünə aid 20-dən çox yaşayış yeri aşkar edilib

Naxçıvanda neolit və eneolit dövrünə aid 20-dən çox yaşayış yeri aşkar edilib
# 29 avqust 2014 12:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Naxçıvan çayın ətrafında neolit və eneolit dövrünə aid 20-dən çox yaşayış yeri aşkar ediblər. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, alimlər qədim Naxçıvanın Babək rayonu ərazisindəki Kültəpə yaşayış yeri və onun ətrafında aparılan qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələrinin eramızdan əvvəl V minilliyə aid olduğunu bildiriblər.

Azərbaycan-Fransa birgə tədqiqat qrupunun işlədiyi ərazidə fransalı arxeoloqları əsasən qədim yaşayış yerlərinin quruluşu maraqlandırır. Məqsəd neolit dövrü Naxçıvanı haqqında daha ətraflı məlumat əldə etməkdir.

Qeyd edək ki, qazıntı sahəsindən götürülən nümunələr analizlərdən keçirilmək üçün Fransa və İtaliyaya göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR