Türkiyədə iş adamı Rza Zərrab və keçmiş nazirlərin övladları ilə bağlı cinayət işinə xitam verilib - VİDEO

Türkiyədə iş adamı Rza Zərrab və keçmiş nazirlərin övladları ilə bağlı cinayət işinə xitam verilib - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2014 07:40 (UTC +04:00)

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, 17 dekabr 2013-cü il tarixində başlayan və Türkiyədə böyük qalmaqala səbəb olan cinayət işinin istintaqını aparan prokuror Əkrəm Aydınər cinayət işinin qeyri-qanuni olaraq açıldığını və iş üzrə dəlillərin qanunsuz şəkildə toplandığını səbəb göstərərək işə xitam verilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, indiki prezident, o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğan bu cinayət işini Fətullah Gülənin rəhbərlik etdiyi “nurçu” şəbəkənin hökuməti devirmək cəhdi kimi qiymətləndirmişdi. Bu hadisədən sonra çoxlu sayda “nurçu” olduqları bildirilən polis, prokuror və hakim hüquq-mühafizə sistemindən uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR