Azərbaycan Bişkekdə keçirilən CAREC Proqramının XIII Nazirlər Konfransında iştirak edib

Azərbaycan Bişkekdə keçirilən CAREC Proqramının XIII Nazirlər Konfransında iştirak edib
# 12 noyabr 2014 11:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bişkek şəhərində (Qırğızıstan) Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının XIII Nazirlər Konfransı keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, CAREC-ə üzv ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda ticarət siyasəti, ticarətin asanlaşdırılması, nəqliyyat və energetika sahələri üzrə hesabat və gələcək fəaliyyət üçün iş planları müzakirə edilib.

Konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin Aparatının rəhbəri, CAREC Proqramının Azərbaycan üzrə əlaqələndiricisi Samir Vəliyevin rəhbərlik etdiyi İqtisadiyyat və Sənaye, Nəqliyyat, Energetika nazirliklərinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib.

Qeyd edək ki, CAREC Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistanı əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR