Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 40%-ə yaxın artıb

Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 40%-ə yaxın artıb
# 03 dekabr 2014 13:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə Əmanətlərin Sığortalanması Fondunun sığorta ehtiyatları 36,79% artıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə sığorta ehtiyatları 23,8 mln. manat artaraq 88,5 mln. manata çatıb.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi qurumun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 74,3 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,3% təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2013-cü ilin 9 ayında fondun sığorta ehtiyatları 64,7 mln. manat, cəmi aktivləri isə 66,9 mln. manat olub. Ötən ilin III rübündə manatda olan vəsaitlər 58 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,4 % təşkil edib.

Qeyd edək ki, fondun 5 mln. avro vəsaiti “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR