Yol polisinin Lənkəranda keçirdiyi reyd zamanı 30-a yaxın sürücü cəzalandırılıb - FOTO

Yol polisinin Lənkəranda keçirdiyi reyd zamanı 30-a yaxın sürücü cəzalandırılıb - <span style="color: red;">FOTO
# 13 dekabr 2014 16:29 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Lənkəran şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti reyd keçiriblər.

APA-nın cənub bürosunun məlumatına görə, reyd nəqliyyatın intensiv hərəkətdə olduğu şəhərin Füzuli və Şəhidlər Xiyabanı küçələrində baş tutub.

Şöbənin Post-Patrul Xidməti əməkdaşlarının da qatıldıqları tədbir əsasən texniki baxışdan keçməyən, təhlükəsizlik kəmərlərindən istifadə etməyən, yol hərəkəti qaydalarını pozan avtomobil sürücülərini aşkarlamaq məqsədi daşıyıb.

Reyd zamanı avtomaşını texniki baxışdan keçirməyən, avtomaşınları sürücülük vəsiqəsi olmadan idarə edən, avtomaşına əlavə avadanlıqlar quraşdıran, eləcə də polisin “Dayan!” əmrinə tabe olmayan 30-a yaxın sürücü saxlanılıb.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən cəza tədbiri seçilib.

Bundan əlavə reydlərə müdaxilə və maneçilik törədən şəxslər barəsində qanunvericiliyə müvafiq tədbirlər görülüb, sənədi olmayan sürücülərin avtomobili isə cərimə meydançasına aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR