Ramiz Həsənov: “Azərbaycanda dönərdə ölmüş heyvan ətindən istifadə faktları aşkarlanıb” - VİDEO

Ramiz Həsənov: “Azərbaycanda dönərdə ölmüş heyvan ətindən istifadə faktları aşkarlanıb” - <span style="color: red;">VİDEO
# 24 dekabr 2014 09:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu, Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda ölmüş heyvanların ətindən dönərdə istifadə edildiyi barədə faktlar aşkarlanıb.

Bunu “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı monitorinqə başlanıb.

“Biz istəyirik ki, bu dönər ətləri kustar üsulla, yəni, dönərxanaların özündə yox, müasir standartlara cavab verən müəssisələrdə hazırlansın. Bu ətlərin xaricdən də gətirilməsi mümkündür. Amma əsas tələbimiz odur ki, dönər ətinin istehsalı zamanı təhlükəsizlik tələbləri yerinə yetirilsin”, - deyə R. Həsənov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR