Avropalı media ekspertləri və jurnalistlər Mətbuat Şurasında olublar - FOTO

Avropalı media ekspertləri və jurnalistlər Mətbuat Şurasında olublar - <span style="color: red;">FOTO
# 18 noyabr 2014 10:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Mətbuat Şurasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvətilə ölkədə səfərdə olan Almaniya və Böyük Britaniya jurnalistləri və media ekspertləri ilə görüş keçirilib. MŞ-dən APA-ya verilən xəbərə görə, şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu onlara təmsil olunduğu qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılmış Mətbuat Şurasının əsas missiyası media-ictimaiyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir: “Mövcud xüsusda həyata keçirilən ən mühüm iş müxtəlif vətəndaş qruplarının kütləvi informasiya vasitələrində dərc olunmuş materiallarla bağlı şikayətlərinin araşdırılmasıdır. Şura eyni zamanda söz və ifadə azadlıqları, jurnalist peşəkarlığının artırılması məsələlərinə önəm verir. Bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla da intensiv əməkdaşlıq edirik”.

MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan mediasındakı bəzi xarakterik cəhətlərə diqqət çəkib. MŞ İdarə Heyətinin digər üzvü, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət çıxışında Azərbaycan həqiqətlərinin dünya mediasında yayılması ilə əlaqədar bəzi mənfi meyllərdən danışıb, belə halların aradan qaldırılması üçün qarşılıqlı əməkdaşlığın zəruriliyini önə çəkib.

Berlində fəaliyyət göstərən Humbolt Universitetinin AvroQafqAsiyaTəşkilatının nümayəndəsi Yeva Mariya Aux Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Almaniya və Böyük Britaniya mediasında işıqlandırılmasına dair hesabatların təqdimatı məqsədilə ölkədə olduqlarını bildirib. M.Aux ümumən Avropa mediasında Dağlıq Qarabağ həqiqətlərinə münasibətdəki tendensiyalardan söz açıb və bildirib ki, Azərbaycanla əlaqədar materiallar üçün başlıca cəhət balansın gözlənilməməsidir. O, bu baxımdan Almaniya mediasındakı xarakterik cəhətləri sadalayıb və hesabatda belə məqamlara elmi nöqteyi-nəzərdən sistemli şəkildə yanaşıldığını vurğulayıb.

Birmingem Universitetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzinin təmsilçisi Qalina Yemelyanova Xocalı həqiqətlərinə yanaşmada bu ölkə KİV-lərinin balanslaşdırılmış xətt tutmadıqlarına dair müəyyən məqamların olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR