Şəhid Rüfət Fətəlizadənin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub - FOTOSESSİYA - VİDEO

Şəhid Rüfət Fətəlizadənin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 dekabr 2014 10:57 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına həlak olan əsgər Rüfət Fətəlizadənin təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu münasibətlə dekabrın 17-də Ağsu rayonundakı Şəhidlər xiyabanında mərasim keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, şəhidin xidmət etdiyi “N” saylı hərbi hissənin, rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Mərasimdə bildirilib ki, ötən ilin yanvarında Ağsu rayonundan hərbi xidmətə çağırılan Padar kənd sakini, 1995-ci il təvəllüdlü Fətəlizadə Rüfət Nazim oğlu 2014-cü il avqustun 9-da Tovuz istiqamətində gedən döyüşlər zamanı düşmən həmləsini dəf edərkən qəhrəmancasına şəhid olub. Məlumat verilib ki, şəhid Rüfət Fətəlizadə uşaq yaşlarından idmanın boks növü ilə məşğul olub və yaşadığı Rusiyada keçirilən yarışlarda dəfələrlə qalib gələrək Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə şəhid Rüfət Fətəlizadə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Çıxışlardan sonra medal Rüfət Fətəlizadənin xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən şəhidin qardaşına təqdim olunub. Bildirilib ki, Rüfət kimi qəhrəman oğullarımızın qisası yerdə qalmayacaq və hər bir şəhidin xatirəsi daim uca tutulacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR